• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 856
— 05.12.2020 20:46

Qaydalara əməl edək, həyatımızı qoruyaq

KepezTV Player

Koronaviruslu həyata öyrəşsək də heç kim virusa yoluxmağı arzulamır. Bunun üçün də mütləq şəkildə qaydalara əməl etmək, özümüzü qorumalıyıq. Amma bunu necə edirik və ya edə bilirikmi? Şəhərdə müşahidələrimizi təqdim edirik.

Dünyanı öz cənginə alan koronavirusa yoluxma hər gün artan tendensiya ilə davam edir. Bildiyimiz kimi vaksin hələ də tapılmayıb və bunun üçün də hazırda ən effektiv üsul evdə qalmaq, sosial izolyasiya qaydalarına riayət etmək, tibbi maska və dezinfeksiya edici məhlullardan istifadə etməkdir. Maraqlıdır, Gəncədə necə, əhali bu qaydalara əməl edir ya yox?

Özünüzü koronavirusdan necə qoruyursuz?

Amma gözlənilməli olan qaydalara hamı və hər yerdə əməl edirmi.Elə görütərk avtobusları. Sakinlərin dahaçox istifadə etdiyi bu ictimai nəqliyyat vasitəsində ara məsafəsi qorunurmu?

Şəhərdəki mağazalarından birinin qarşısındayam. Bura isə mən maskadan düzgün istifadə etməyərək daxil olacam. Məqsəd qoruyucu vasitənin düzgün istifadəsinə nəzrət olunub olunmadığını yoxlamaqdır.

Marketlərdə də vəziyyət fərqli deyil. İçəri daxil olarkən maska, spirt kimi tələblər dəyişməzdir.

Tələblərə tam və düzgün əməl edilməməsinin nəticəsidir ki, koronavirusa yoluxma statistikası günbəgün artır. Bunu Gəncə Şəhər Gigiyena və epidemiologiya mərkəzinin şöbə müdiri Almaz Tomiyeva da təsdiqləyir.

COVİD-19-dan qorunmaq cəmiyyətin sağlamlığı deməkdir. Sağlam cəmiyyət isə qaydalara əməl etməkdən keçir. Koronavirusa qalib gəlmək isə bizim hər birimizdən asılıdır. 

Nərgiz Əhmədqızı