• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 858
— 05.12.2020 20:36

İtalyan deputatlar erməni terroru ilə tanış olublar

KepezTV Player

İtaliya Deputatlar Paltasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyəti və İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari Gəncəyə səfər ediblər. Qonaqlar Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib, erməni hərbi cinayətlərinin nəticələri ilə yerində tanış olublar. Gəncədən olan Mİllət vəkilləri cəbhə zonasından kənarda yerləşən şəhərin 5 dəfə Ermənistan tərəfindən atəşə tutulduğuna diqqət çəkiblər. Ələxsus da gecə saatlarında endirilən raket hücumları nəticəsində 30-a yaxın dinc sakinin həlak olduğu, 120-dən çox insan yaralandığı vurğulanıb. Zərbələr nəticəsində 20-dən artıq ev tamamilə dağılıb, 100-dən çox ev və bir o qədər də ictimai obyektə ciddi ziyan dəyib. Gəncənin tarixi və dini abidələri, təhsil və səhiyyə ocaqları da zərər görüblər. İtaliyan deputatlar erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılan evlərin ətrafına gül düzüb.

Ettore Rosato İtaliya Deputatlar Palatasının sədr müavini:Əlbəttə bu müharibənin ağırılı nəticələri var. Burada günahsız insanlar həlak olub. Uşaqlar həyatını itirib. Azərbaycanla-İtaliya arasında mövcud olan dostluq əlaqələrinə görə onu deyə bilərəm ki, biz də iqtisadi cəhətdən Azərbaycana öz dəstəyimizi göstərəcəyik.

Maria Rizotti İtaliya Senatının üzvü, İtaliya-Azərbaycan Dostluq Assosiasiyası rəhbərinin müavini:Biz bu çətin məqamda səfərmizlə Azərbaycana öz həmrəylimizi göstərmək istədik. Həqiqətən də bu dağıntıları öz gözlərimizlə görmək çox ürək ağırıdıcıdır. Burada baş verənlərin həqiqi şahidi  olaraq bu fikirləri İtaliyada da çatdırmağa çalışcağıq.