• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2395
— 05.12.2020 16:29

Gəncədə Komendant saatının tələblərinə ciddi nəzarət edilir

KepezTV Player

Ölkə ərazisində hərbi vəziyyət davam etdiyindən bəzi şəhər və rayonlarda komendant saatı qüvvədədir. Gəncədə də komendant saatına nəzarət məqsədi ilə polis əməkdaşları Daxili Qoşunların hərbi qulluqçuları ilə birgə postlarda xidmətə təhkim ediliblər. Əməkdaşımız Natiq Hüseyn gecə saatlarında Gəncədə rejimin tələblərinə necə əməl olunmasına şahidlik edib.

Gəncədə də komendant saatı sentyabrın 28-dən tətbiq edilir və axşam saat 9-dan səhər saat 6-dək qüvvədədir. Bu müddətdə xidmətdə olan asayiş keşikçiləri avtomobil və piyadaların tələblərə uyğun hərəkətinə nəzarət edir. 

Biz hazırda Gəncə şəhərinin mərkəzi hissəsindəyik. Gördüyünüz kimi mərkəzi ərazidə bir neçə polis postları qurulub. Həmin polis postlarında sürücülərin həm sənədləri yoxlanılır, həm də yük yerlərinə baxış keçirilir. Sevindirici haldır ki hərəkətdə çox az sayda nəqliyyat vasitəsinə rast gəlinir ki, onlarında xüsusi icazəsinin olduğu müşahidə edilir.

Şəhərin müxtəlif ərazilərində qurulan postlarda təkcə avtomobillər deyil, piyadaların da icazəsinin olub-olmadığı yoxlanılır. İcazəsi olmayanlar ərazi üzrə polis bölməsinə aparılır. 

Müşahidələr Gəncədə  komendant saatının tələblərinə ciddi əməl olunduğunu deməyə əsas verir. Bu daxili işlər orqanları əməkdaşlarının güclədnirilmiş iş rejimində xidmətinin nəticəsi kimi dəyərləndirilir.

Eşqin Qasımov DİN-in mətbuat xidmətinin əməkdaşı Ümumiyyətlə şəhər sakinləri komendant saatına riayət edirlər. Aşkar olunan az bir qism hallar var, onlar barəsində də polis əməkdaşları dərhal tədbir görülür. Həmin vətəndaşlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunur və baxılması üçün məhkəməyə göndərilir.

Komendant saatının tətbiq edildiyi ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağandır. Xüsusi giriş-çıxış rejimi qüvvədə olduğundan nəqliyyat vasitələrinin hərəkəti də məhdudlaşdırılıb.

Natiq Hüseyn