• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1267
— 05.12.2020 12:18

Gəncədə narkotacirlər iş başında yaxalanıb

KepezTV Player

Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən 3 nəfər saxlanılıb. Polis əməkdaşları əvvəlcə Gəncə şəhər sakinləri 31 yaşlı Tahir Əliyev və əvvəllər məhkum olunmuş 27 yaşlı Orxan Sadıqovu saxlayıb. Onların üzərinə baxış keçirilən zaman sonuncuda ümumi çəkisi 1 qram, Tahir Əliyevdə isə 2 qram narkotik vasitə olan “marixuana” aşkar edilərək götürülüb. Davam etdirilən tədbirlər nəticəsində şəhər ərazisində yerləşən Tahir Əliyevə məxsus evdən 1 kiloqram 056 qram çəkidə “marixuana” götürülüb. Polis həmin şəxslərə narkotik vasitə satan şəxsi də müəyyən edib. Əvvəllər məhkum olunmuş, Gəncə şəhər sakini “Rəmiş” ləqəbli 35 yaşlı Ramil Əliyev də saxlanılıb. Eşqin Qasımov DİN-in mətbuat xidmətinin əməkdaşı Onun yaşadığı fərdi yaşayış evində keçirilən əməliyyat-axtarış zamanı üzərindən 15 ədəd kağız bükümlərdə, ümumi çəkisi 15 qram, evin dam örtüyünün altından isə ayrı-ayrı sellofan torbalarda və şüşə bankalarda qablaşdırlımış, ümumi çəkisi 4 kiloqram 025 qram qurudulmuş “marixuana” aşkar edilərək götürülüb. Uzun müddətdir narkotik vasitə əkib-becərdiyini etiraf edən Ramil Əliyev marixuanın satşı ilə məşğul olmasını da inkar etməyib. Ramil Əliyev saxlanılan şəxs Yaşadığım yerin yanında çay var. Çayın kənarında marixuana deyilən bitkidən əkmişəm. Qurudub qablara yığmışam. Özüm istifadə edirdim. Siqaret pulum olmayanda dost-tanışa 5-10 manata satırdım. Səhv yoldayam. Hər üç şəxs barəsində Cinayət Məclləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq aparılır.

Natiq Hüseyn