• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1193
— 04.12.2020 20:05

Döyüşlərə birgə yollanan qardaşlar

KepezTV Player

İkinci Qarabağ Müharibəsinə iki qardaş birgə yollanır. Torpaqlarımızı düşmən tapdağından azad etmək əzmi ilə döyüşən qardaşlardan biri ən uca zirvəyə - şəhidlik zirvəsinə ucalır. Digər qardaş isə qələbə sevincini ailəsinə çatdıra bilir. Növbəti videomatarialda Şəmkirin Qaralar kəndində yaşayan Hüseynovlar ailəsinin qəhrəmanlarından danışacağıq.

Şəmkirin Qaralar kəndində böyüyüb-boya başa çatan Vaqif Hüseynov 20 yaşında yollanıb Vətən Müharibəsinə. Döyüş yolu Daşkəsəndən Füzuliyədək uzanıb. Oktybarın 26-da igidlik göstərərək şəhd olub.

Asəf Hüseynov şəhidin atası: Özüm apardım ikisinidə. Bir ata kimi mən də fəxr edirəm oğlum şəhidlik zirvəsinə ucalıb. Bu günkü günə çox şükür torpalqarımız qaytarılıb.

Qardaşı ilə birlikdə döyüşən gənc daim vətən sevgisi ilə seçilib. Qaçay birgə düşmənə qarşı amansız mübarizə aparıb Vaqif. Qaçay deyir ki, qardaşı düşmənin atdığı artilleliya nəticəsində dünyasını dəyişib. Döyüşçü yoldaşlarının bir neçəsi isə yaralanıb.

Qaçay Hüseynov şəhidin qardaşı: Birinci yaralıları çıxarıb ilkin tibbi yardım göstərdik. Sonra maşınlarla xəstəxanaya göndərdik. Sonra isə şəhidləri çıxartdıq.

Qaralar kəndində bu gün hamı qardaşların qəhrəmanlığından danışır. Vaqifin müəllimləri deyir ki, o hələ uşaq yaşlarından hərbiyə meyilli olub.

Flora Qurbanova Qaralar kənd tam orta məktəbinin direktoru: Hansısa işi tapşırırdın ola bilməzdi ki, Vaqif o işin öhdəsindən gəlməsin. Bax bu cəhətləri var idi. Çox mərd uşaq idi. Elə bir zirvə həqiqətən Vaqifə yaraşırdı.

Hamı kimi Vaqifin baba və nənəsi də “Vətən sağ oslun” deyərək torpaqlarımızın işğaldan azad edilməsinə sevinirlər.

Qaçay Hüseynov şəhidin babası: İndi itki verdiksə də torpaqlarımızı da aldıq. Mən bütün qalan əsgərlərimizə və cavanlarımıza can sağlığı arzulayıram.

Sənubər Hüseynova şəhidin nənəsi: Allah prezidentimizin canını sağ eləsin. Bütün əsgərlərimizin qolunu qüvvətli eləsin. Nə deyə bilərəm. Allah bütün şəhidlərə rəhmət eləsin. Şəhidlik ucalıqdır.

Birinci Qarbağ Müharibəsində Qaralar kəndi 7 şəhid verib. Vaqif isə bu zirvəyə ucalanlar sırasıdna 8-ci vətən oğludur.

Natiq Hüseyn