• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1787
— 04.12.2020 11:58

Prezident: Təqribən bir aydır ki, atəşkəsə əməl olunur

KepezTV Player

Bu gün dünya üçün ən böyük təhlükə olan COVID-19 pandemiyası ilə mübarizədə beynəlxalq ictimaiyyətin birgə səylərinə çox böyük ehtiyac var. Bunu Prezident İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilən dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasında deyib. Dövlət başçısı Ermənistanın BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyanın keçirilməsi təşəbbüsünün əleyhinə çıxış etdiyinə toxunub. Qeyd edib ki, Ermənistan son dəqiqəyə qədər xüsusi sessiyanın keçirilməsi üçün hazırlıq prosesinə mane olmağa çalışıb. Prezident İlham Əliyev diqqəti Ermənistanın Azərbaycana qarşı irimiqyaslı hərbi təxribatına yönəldərək müharibədə qazanılan Qələbənin işğalçını təslim olmağa məcbur etdiyini vurğulayıb.