• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 938
— 04.12.2020 12:07

Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq

KepezTV Player

Fransa Milli Assambleyasının qətnamə qəbul etməsi Fransa Parlamentinin növbəti tamamilə əsassız, qeyri-dost və təxribatçı fəaliyyətidir. Senatın ardınca Aşağı Palatanın qərəzli qətnamə qəbul etməsi Azərbaycana qarşı aparılan davamlı kampaniyadan xəbər verir. Bu barədə AZərbaycan XİN-in yaydığı açıqlamada qeyd olunur. "Bu qətnamənin hüquqi qüvvəsi yoxdur. Lakin, Senatın halında olduğu kimi, Milli Assambleyanın sənədinin siyasi mənasını nəzərə alaraq, bu kökündən yalnış qətnamələrin beynəlxalq hüququnun norma və prinsipləri, eləcə də Azərbaycan ilə Fransa arasında mövcud ikitərəfli sənədlərlə ziddiyyət təşkil etdiyini vurğulamaq istərdik. Fransa qanunverici orqanının bu addımı ölkənin vasitəçi mandatına ciddi zərbə vurur, eləcə də ikitərəfli münasibətlərə kölgə salır", - deyə XİN-dən vurğulanıb. Bildirilib ki, Milli Assambleyanın əsassız və qərəzli qətnamə qəbul etməsi ilə bağlı Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq və Azərbaycan tərəfinin qəti etirazı qarşı tərəfin diqqətinə çatdırılacaq.