• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1179
— 04.12.2020 09:19

"Euronews" erməni işğalından azad edilmiş Suqovuşan kəndindən süjet hazırlayıb

KepezTV Player

"Euronews" telekanalı Tərtər rayonunun erməni işğalından azad edilmiş Suqovuşan kəndi ilə bağlı süjet hazırlayıb. Bildirilir ki, Dağlıq Qarabağ münaqişəsi zonasındakı son hərbi əməliyyatlar zamanı Bakının ilk nəzarətə götürülən ərazilərindən biri Madagiz kəndi olub. Həmin kəndə artıq rəsmi şəkildə azərbaycanlı adı qaytarılıb - Suqovuşan. Bir nəfər çəkiliş qrupundan onu özüylə doğma yerlərinə aparmasını istəyib. Həmin şəxs -  Xaliq Hümmətovun dediyinə görə, ailəsi ilə kəndi tərk etmək məcburiyyətində olduğu vaxtda onun 14 yaşı olub. Evini isə 27 ildən sonda ilk dəfə görüb. "Bir gecə saqqallı bir erməni gəldi. Dedi ki, səhərə yaxın burdan getməliyik. Bizə yalnız bir at götürməyə icazə verildi. Ancaq sonra həmin erməni yenidən peyda oldu, atı cilovundan tutub dedi: "Bu atı götürməyəcəksiz. Mən balaca idim, ağlayırdım. Onu apardılar və biz piyada getdik", - deyə Xaliq Hümmətov acı xatirələrini "Euronews" ilə bölüşüb.