• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 866
— 03.12.2020 20:38

Karantin rejimi tələblərinin icrasına nəzarət gücləndirilib

KepezTV Player

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin qaydalarının təmin olunması istiqamətində Gəncə Polisi tədbirləri davam etdirir. Polis əməkdaşları Daxili Qoşunların hərbçiləri ilə birlikdə şəhər ərazisində həm profilaktiki, həm də yoxlama xarakterli tədbirlər həyata keçirir. Tələbləri pozan şəxslər aşkarlanaraq barələrində müvafiq tədbirlər görülüb.

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları əsaəsn əhalinin sıx toplaşdığı yerlərdə tənəffüs yollarını qoruyan vasitələrdən istifadəni diqqət mərkəzində saxlayıblar.

Yoxlamalar zamanı bir çox şəxslərin tibbi maskadan yalnız polisi gördükdən sonra istifadə etməsi də diqqətdən yayınmayıb. Belə şəxslər müxtəlif bəhanələrlə özlərinə haqq qazandırmağa çalışsada bu onları məsuliyyətdən xilas etməyib.

Sevindirici haldır ki, əvvəlki aylardan fərqli olaraq şəhər ərazisində tibbi maskadan istifadə etməyən çox az sayda şəxsə rast gəlinir. Ancaq yoxlamalar əksər vətəndaşlarin tibbi maskadan düzgün istifadə etmədiyini ortaya qoyub.

Eşqin Qasımov DİN-in Mətbuat Xidmətinin əməkdaşı: Ümumiyyətlə şəhər sakinlər karantin qaydalarına riayət edirlər. Az bir qism var ki, karantin qaydalarına riayət etmirlər, onlar barəsində polis əməkdaşları dərhal qanuna müvafiq tədbirlər görürlər.

Asayiş keşikçiləri şəhər daixlində fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrənə də baxış keçirib. Əksər sürücü və sərnişinlər tibbi maskadan istifadə etsə də sərnişin sıxlığı səbəbindən sosial məsafənin qorunmadığı aşkarlanıb. 

Polis əməkdaşları şəhərdə dövlət və özəl müəssisələrdə də yoxlamalar aparır.