• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1277
— 03.12.2020 20:36

Yüksək texnologiyalı protezlər hazırlanıb

KepezTV Player

Əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində innovativ addım atılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində yüksək texnologiyalı protezlərin istehsalı sexində ilk iki protez nümunəsi hazırlanıb.3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günündə təqdim edilən aşağı ətraf protezlərindən Qarabağ müharibəsi əlilləri Malik Orucov və Ayaz Məmmədov faydalanıb. Yüksək texnologiyalı protezlərin üstünlükləri nümayiş edilib, protezlərin istehsalı sexi ilə tanışlıq olub.

Asif Məcidov Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin direktoru: Bu protezlər electron, birbaşa ən son texnologiya əsasında hazırlanmış electron protezlərdir,diz oynaqları.Orada əsas bir neçə məsələn bayaq qeyd etdiyimiz pasiyent Orucov Malikdə 3 oynaq  var.Həm çanaq oynağı, həm diz oynağı həm də topuq oynağı. Onun çanaq oynağı hidrovikdir amma diz oynağı isə sırf elektrondur. Bu elektron nə deməkdir elektron diz oynağının idarə olunması pasiyentin öz istəyinə uyğun olaraq dəyişdirilə bilir.