• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 817
— 02.12.2020 16:37

Kortəbii müalicədən çəkinin!

KepezTV Player

COVİD-ə qarşı spesifik dərman və vaksin yoxdur. Vəziyyət daha da gərginləşdiyi halda yoluxmaların azaldılması üçün sərt karantin rejiminin tətbiq edilməsi qaçılmaz ola bilər, əks halda xəstəxanalarda yer qalmayacaq. Bu fikirlər bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə səsləndirilib. Daha hansı məqamlara toxunulub? Süjetdən biləcəyik.

Ailədaxili yoluxmalar

Vurğulanıb ki, yoluxma sayının artmasında əsas faktor hazırda ailədaxili yoluxmalardır.

Nəqliyyatdan istifadə zamanı diqqət edilməli məqamlar

Lazım olmayanda ictimai nəqliyyatdan istifadə edilməməli, zəruri olmayan hallarda evdən çıxmamalıyıq.

"Sərt tədbirlərə mütləq əl atılmalıdır"

Azərbaycanda COVİD-19-a yoluxma ilə bağlı vəziyyət elə bir həddə gəlib çatıb ki, sərt tədbirlərə mütləq əl atılmalıdır.

Yaxın vaxtlarda vaksinasiyaya başlanacaq

Bu gün bu virusun nə qədər davam edəcəyinə proqnoz vermək çətindir. Yaxın aylarda kütləvi vaksinasiya tədbirləri başlayacaq. Azərbaycan ən təhlükəsiz vaksinlərin əldə edilməsi üçün tədbirləri demək olar bitirib. Həmin vaksinlər hazır olanda ölkəyə gətiriləcək. Vaksinasiya başlayandan sonra bunun insanlarda nə qədər effektiv olacağı bəlli deyil. Yəni, vaksin çıxsa belə, biz rahatlaşa bilmərik.