• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 814
— 02.12.2020 16:42

Şuşaya yolun çəkilişində xarici şirkətlər də iştirak edəcək

KepezTV Player

Yeni Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun inşasının qısa müddətdə yekunlaşdırılması üçün tikinti işlərinə yerli və xarici şirkətlər cəlb olunub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, Qarabağın tacı olan Şuşaya aparan yeni avtomobil yolu layihəsi şərti olaraq 5 hissəyə bölünüb. Çətin relyefə malik olan ərazilərdə avtomobil yollarının inşası ilə bağlı təcrübəyə malik 2 türk və 1 yerli tikinti şirkəti layihədə iştirak edəcək. Yolun uzunluğu 101.5 km, ümumi eni isə 37.7 m təşkil edəcək.