KepezTV Player
Vətən müharibəsində Azərbaycan ordusunun Ermənistanın məhv etdiyi və ya qənimət kimi götürdüyü hərbi texnikasının dəyəri minimum qiymətləndirmə ssenarisi əsasında ən azı 3,8 milyard dollar dəyərindədir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Museyibovun sözlərinə görə,2020-ci il üzrə Ermənistanın hərbi istiqamətdə xərcləri 716 milyon ABŞ dolları kimi təsdiq olunub. Lakin Ermənistan cəmi 44 gündə 1 il ərzində hərbi istiqamətdə əlavə olunacaq dəyərdən 5,3 dəfə çox hərbi ziyana uğrayıb. Bu baxımdan, hərbi xərcləmələr üzrə hesablamalar və iqtisadi göstəricilər Ermənistana hərbi infrastrukturu bərpa etmək üçün təxminən 38 il vaxt lazım olduğunu göstərir.
- Baxış: 155