• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 805
— 02.12.2020 12:22

Müdafiə Nazirliyindən vətəndaşlara müraciət

KepezTV Player

“Bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi ilə bağlı Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib. Prezidentin müvafiq sərəncamının sürətləndirilməsi məqsədilə səfərbərlikdən tərxisedilmə ilə əlaqədar hərbi qulluqçuların müvafiq kateqoriyalara aid olmasını təsdiq edən sənədlərin surətləri notarial qaydada təsdiq olunmuş şəkildə hərbi hissələrə deyil, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə təqdim olunması xahiş edilir. Üç və ya daha çox uşağı olan; himayəsində I dərəcə əlilliyi müəyyən edilmiş şəxs olan; himayəsində yetkinlik yaşına çatmayan bacısı və ya qardaşı olan; ailənin tək övladı olan; ataları və ya qardaşları döyüş əməliyyatları, habelə hərbi xidmət üzrə vəzifələrin icrası zamanı həlak olmuş və ya vəfat etmiş; döyüş əməliyyatları zamanı yaralanmış, habelə hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılan; yaxın qohumları Ermənistanın hərbi təxribatları və Azərbaycan ərazilərini atəşə tutması nəticəsində həlak olmuş; əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada, əsas tibb təhsili və rezidenturada təhsil alan şəxslər bu gündən səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilirlər.