• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 793
— 01.12.2020 12:33

Gəncədə evdən çıxan beş koronavirus xəstəsi saxlanılıb

KepezTV Player

Gəncədə 5 şəhər sakini karantin qaydalarını pozub. Koronavirus testinin nəticəsi pozitiv çıxan Asəf Həsənov, Ramil Məmmədov, Çingiz Kazımov, Asəf Məsimov və Sadiq Abdullayev ev şəraitində müalicə almalarına baxmayaraq, yaşadıqları ünvanları tərk ediblər. Gəncə polisinin keçirdiyi tədbirlər nəticəsində müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə həmin şəxslər yaşadığı evə göndərilib, barələrində cinayət işi açılıb.