• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1920
— 01.12.2020 09:08

Suqovuşan və Talış yollarının bərpası davam edir

KepezTV Player

Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpası davam edir. Artıq yolun Tərtərin Suqovuşan kəndinə qədər olan 21 km hissəsində torpaq yatağının və yol əsasının inşası işləri yekunlaşmaq üzrədir. Yol asfaltlanmaq üçün hazır vəziyyətə gətirilir. Bundan başqa hazırda Suqovuşandan Talış kəndinə doğru uzanan 7,5 km-lik yolun da tikintisi işlərinə start verilib.