• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1345
— 01.12.2020 09:10

30-dan çox etirazçı saxlanılıb

KepezTV Player

İrəvanda müxalifətin baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirdiyi mitinq zamanı 30-dan çox etirazçı saxlanılaraq polis bölməsinə aparılıb. Bu barədə ölkə polisinin mətbuat xidməti məlumat yayıb. Əvvəlcə etirazçılar mərkəzi Maştotsa meydanını tutmağa çalışsalar da, polis onları geri qaytarıb. Hökumət binası qarşısında onlarla insan toplaşıb. **Ermənistan sakinləri baş nazir Nikol Paşinyanın başçısı olduğu “Mənim addımım” parlament fraksiyasının deputatlarının yaşadıqları binaların qarşısında da etiraz aksiyalarının sayını artırırlar. Hakim partiyadan olan deputatları vətənə xəyanətdə və digər cinayətlərdə ittiham edirlər.