• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 698
— 01.12.2020 09:13

Türkiyəli minaaxtaranlar Azərbaycanda əməliyyatlara başlayıblar

KepezTV Player

Türkiyə Silahlı Qüvvələrinin mina və əldə düzəldilmiş partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssisləri Azərbaycan Ordusuna işğaldan azad edilmiş ərazilərimizdə köməklik göstərməyə başlayıb. Türkiyəli hərbi mütəxəssislər həmin ərazilərin minalardan və partlayıcı qurğulardan təmizlənməsi işini həyata keçirəcək və mühəndis bölmələrimizə tədris məşğələləri təşkil edəcək. Azərbaycan Müdafiə Nazirliyi göstərdiyi dəstəyə görə Türkiyə Milli Müdafiə Nazirliyinə təşəkkür edib.