• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 835
— 30.11.2020 20:44

Avtomobili texniki baxışdan keçirməyənlər cərimələniblər

KepezTV Player

Gəncədə nəqliyyat vastələrini texniki baxışdan keçirmiyən sürücülərə qarşı  reyd keçilib. Şəhər Dövlət Yol Polis şöbəsinin əməkdaşları əsas küçə və prospektlərdə aparılan yoxlamalar zamanı avtomobillərini texniki baxışdan keçirməyən sürücülər barəsində protokollar yazılıb. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə sükar arxasına tələb edilən qaydalara əməl etmədən oturan şəxslər 50 manat məbləğində cərimə ödəməli olublar. Belə sürücülərin sayı 8 olub. reydlər davam edir.

Vasif Rüstəmov Dövlət Yol Polisi Şöbəsinin inspektoru: Nəqliyyat vastələrinin saz vəziyyətdə saxlanması üçün vaxtı-vaxtında texniki xidmət göstərilməlidir. Hər bir nəqliyyat vastələrini idarə edən sürücülər nəqliyyat vastələrini texniki baxışa təqdim etməlidirlər. Əks təqdirdə həmin nəqliyyat vastələrinin sürücüləri barədə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada tədbirlər görüləcəkdir.