• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1623
— 30.11.2020 16:39

Alınmaz qalanın mətin baş leytenantı

KepezTV Player

Qarabağımızın ürəyi sayılan Şuşa. Bu qədim diyar xəyallarımızdan, yuxularımızdan bir an belə olsa çıxmırdı. Bu həsrətə igid oğullarımız vətən müharibəsində son qoydular. Qəhrəmanlarımızın qanları, canları bahasına Şuşamız işğaldan azad edildi. İndi həmin mərd oğullarımızdan biri olan zabitimizi tanıyacağıq.

Mətin Abdinov qazi:Sentyabırın 27-də bizim ordunun hücumunu eşidən də bu vətənin oğlu kimi könüllü olaraq hərbi komissarlığa müraciət etdim. Düzdü onlar mənim yaş fərqimi nəzərə alaraq dedilər ki, sənin artıq 42 yaşın var. Sənin yaşın çoxdu və bizim bu yaşda insanlara ehtiyacımız yoxdur. Ordumuzun özündə zabitlərimiz də var, əsgərlərimizdə var. Lakin mən öz fikrimdən dönmədim, dayanmadan müraciət etdim. Öz istəyimə nail oldum və buna da sevindim. Oktyabırın 10 günü mən Ağcabədiyə yola düşdüm.

Məğrur duruşlu baş leytinant Mətin Abdinovun vətən müharibəsində keçdiyi şərəfli döyüş yol elə həmin tarixdən başlayır. Qarabağın işğaldan azad edilməsi üçün zabit ilk günlərdən qızğın döyüşlər gedən qaynar nöqtələrdə öz bölüyü ilə vuruşub. Yoldaşları ilə birgə ermənilərə ağır zəbələr endirib, canlı qüvvələrini, texnikalarını məhv edib. Fizuli, Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərib. Oktyabırın 19-da yaralansa da tabeliyində olan əsgərlərini döyüş meydanında tək qoymayıb. Adına uyğun mətin dayanıb baş leytinant. Lakin noyabrın 2-də Mətin Abdinov Şuşa uğrunda gedən döyüşlər zamanı yanında partlayan mərminin qəlpələrindən ağır xəsarətlər alıb.

Mətin Abdinov qazi: Mən ağır yaralansam da cənab prezidentin Şuşanın alınmasını deyəndə sanki bütün yaralarımı unutdum, sevindim. Sevindim ki, bizim hücum, əzmkarlıq hədərə getmədi. Allah bizim cənb prezidentə, ali baş komandanımıza, vitçe prezidentimiz Mehriban Əliyevaya can sağlığı versin. Onların da daim maraqları, nəzərləri bizim üzərimizdədir və bunun hiss edirik. Bu bizim üçün fəxr və qürur duyulası bir hissdir.

Qazi, baş leytinant Mətin Abdinovun vətən müharibəsində göstərdiyi igidlik tarixə yazıldı. İndi ailə üzvləri, ən əsası isə 12 yaşlı oğlu qəhrəman zabitimizlə fəxr edir.

Alimurad Abdinov qazinin oğlu:Mən atamla fəxr edirəm. Çünki o Qarabağda iştirak edib. Onun kimi məndə zabit olmaq istəyirəm.

Elnur Abdinov qazinin qardaşı:Qardaşımla fəxr edirik. Yaralanıb qazi olub. Ona və onun timsalında bütün yaralılara Allahdan şəfa diləyirik. Şəhid olanlar da var, onların qarşısında baş əyirik. Onların zəhməti, əziyyəti danılmazdır. Valideynlərinə, bacı qardaşlarına səbr diləyirik.Biz fəxr edirik ki, torpaqlarımız azad olunb.

Bu gün hər bir Azərbaycan vətəndaşı sizinlə fəxr edir, igidlər. Sizin sayənizdə Ermənistanın 30 ilə yaxın davam edən işğalına, insanların yurd həsrətinə son qoyuldu. Qarabağ bizimdir!

Elnur Vahidoğlu