• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1652
— 30.11.2020 12:03

Kokain və ekstazi həblərini satan şəxs saxlanılıb

KepezTV Player

Bakının Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları Cinayət Məcəlləsinin 2 maddəsi ilə istintaqdan yayındğı üçün axtarışda olan Bərdə rayon sakini Nicat Əliyevi saxlayıb. Ondan ümumi çəkisi 47,102 qram kokain, 247,540 qram metamfetamin, 386 ədəd çəkisi 66 qram olan ekstazi həbləri və 17 qrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. Aşkar edilən narkotik vasitələrin bükümlərə ayrılaraq qablaşdırılması bir daha saxlanılan şəxsin onların satışı ilə məşğul olduğunu deməyə əsas verir. Nicat Əliyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.