• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2219
— 29.11.2020 12:02

İƏT qətnamələr qəbul etdi

KepezTV Player

Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı siyasi, iqtisadi və mədəni məsələləri əhatə edən qətnamələr qəbul edib. “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” adlı qətnamədə mülki şəxslərə və infrastruktura zərərin vurulması, o cümlədən cəbhə zonasından kənarda yerləşən şəhərlərin sıx yaşayış məskənlərinin ağır artilleriya, ballistik və kaset raketlərinin hücumuna məruz qalması pislənilib. Azərbaycanın cavab əməliyyatları nəticəsində işğal olunmuş ərazilərinin əhəmiyyətli hissəsini azad etməsi və hərbi əməliyyatların dayandırılması üzrə üçtərəfli Bəyanat dəstəklənib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva açıqlamasında qətnamələr barədə daha ətraflı məlumat verib. Bildirib ki, Azərbaycana yardım edilməsi üçün çağırışlar da edilib.