KepezTV Player
Qardaş Azərbaycan Qarabağı qətiyyətli bir hərbi zəfərlə geri alandan sonra Türkiyə ilə Orta Asiyada yaşayan qardaşlarımız arasında birbaşa dəmir və avtomobil yolları ilə əlaqə qurulması üçün şanslar yaranıb. Mustafa Kamal Atatürkün Naxçıvanla sərhəd yaradılmasına verdiyi önəm və sərhəd qapısını açıq tutmaq üçün göstərdiyi səylər illər sonra öz səmərəsini verib. Bu fikirləri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib. Parlamentin sədri vurğulayıb ki, tarixi İpək Yolu birlikdə canlandırılacaq. Orta Asiyada yaşayanlarla da iqtisadi, mədəni, siyasi və hərbi əlaqələr genişlənəcək.
- Baxış: 135