• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1740
— 28.11.2020 21:19

“Çovdar” mədənində ağacəkmə aksiyası

KepezTV Player

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi və “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti Daşkəsən rayonunda yerləşən “Çovdar” mədənində ağacəkmə aksiyası keçirib. Aksiya yaşıllıq sahələrinin artırılması və ekoloji tarazlığın təmin edilməsinə töhfə vermək məqsədi daşıyıb.

Təqribən 4 hektar ərazidə ümumilikdə 3000 göyrüş, ağcaqayın və akasiya tingləri əkilib. Həmçinin xüsusi ayırılmış əraziyə palıd, göyrüş və ağcaqayın  toxumları səpilib. Yeni əkilən ağac tingləri və toxumlar suvarılaraq onlara aqrotexniki qaydada qulluq göstərilib.

“Çovdar” mədənində bu cür ekoloji tədbirlər mütəmadi olaraq keçirilir. Belə tədbirlərin icrası nəticəsində mədənin 15 hektardan çox ərazisində 10 mindən artıq ağac və kol əkilib, yaşıllıqlar salınıb. Bununla yanaşı, təqribən 40 hektara yaxın ərazinin yaşıllaşdırılmasında istifadə edilməsi məqsədi ilə gələcəkdə salınacaq palıd tingliyi üçün 100 mindən çox toxum aqrotexniki qaydalara uyğun olaraq əkilib.