• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1529
— 28.11.2020 16:51

Yoluxma sayının azalması üçün tədbirlər davam edir

KepezTV Player

Gəncədə bu gün növbəti dəfə gücləndirilmiş dezinfeksiya tədbirləri görülüb. Şəhərin Yeni Gəncə yaşayış massivindən, 28 may küçəsindən başlayan işlər gün ərzində 4 prospekt və 16 küçəni əhatə edib. Kimyəvi maddələrdən ibarət məhlullardan istifadə edilməklə xüsusi su çiləyici maşınlar vasitəsilə yollar yuyulub. Koronavirus pandemiyası ilə mübarizə tədirləri çərçivəsində dezinfeksiya işlərinə mobil qruplar da cəlb edilib. Belə ki, Gəncə Şəhər Mənzil kommunal təsərrüfat istehsalat birliyinin xüsusi təlim keçən 40 belə qrupu tərəfindən park və meydanlar, yaşayış binalarının ətrafı, bloklar, liftlər, səkilər, yeraltı piyada keçidləri, dayanacaqlar,bankomatlar, bir sözlə əhalinin sıx təmasda oladuğu ərazilər dezinfeksiya edilib. Həftə sonları ictimai nəqliyyatın və iaşə obyektlərinin işləməməsi səbəbindən sıxlığın müşahidə edilməməsi əsas götürülərək işlər aparılıb.

Bu işlər eləcə də ermənilərin xain hücumu nəticəsində ev-eşiyi dağılan sakinlərin məskunlaşdığı Azərbaycan Dövlət Aqrar Universitetinin Yataqxanasının binalarından da yan keçməyib. Burada da yataqxananın həyəti, dəhlizlər, otaqlar, liftlər və yeməkxana xüsusi məhlullarla yuyulub.