• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2281
— 28.11.2020 12:19

Hikmət Hacıyev və "Qarabağ" klubu Ağdama gedib

KepezTV Player

Prezidentin köməkçisi Hikmət Hacıyev diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri və "Qarabağ" futbol komandası ilə birgə Tərtər və Ağdama səfər edib. Bu barədə Hikmət Hacıyev özünün “Twitter” hesabında paylaşım edib. "Tərtərdə Ermənistanın ağır bombardmanının nəticələrini görəcəyik. Dağıdılmış ruhlar şəhəri Ağdam soyqrım nümunəsidir. Didərgin “Qarabağ” futbol klubu da bizimlədir”, - deyə Hacıyev bildirib. **Prezidentin köməkçisi Hikmət Hacıyev, diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilat rəhbərləri və "Qarabağ" futbol komandası öncə Tərtər rayonuna səfər ediblər. Nümayəndələr Tərtərdə Ermənistanın ağır bombardmanının nəticələri ilə yerində tanış olurlar. Daha sonra Ağdama səfər edəcəklər. Hikmət Hacıyev Tərtərdə bildirib ki, oktyabrın 3-ü və 4-də ATƏT xətti ilə Ermənistanın o zamankı müdafiə naziri David Tonayana müraciət olunub ki, Tərtər şəhərinin bombalanmasını dayandırın, orada mülki insanlar yaşayır. Amma o, dayandırmayıb. Əksinə, gün ərzində Tərtər şəhərinə 1 000 raket atılırdısa, gecə ilə raketlərin sayı 2 300-2 400-ə çatdırılıb. Onun sözlərinə görə, həmin müharibə cinayətkarı müdafiə naziri vəzifəsindən azad olunsa da, bu kimi cinayət əməllərinə görə cavab verməlidir.