• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2116
— 27.11.2020 19:22

Lələtəpədən Hadruta aparan müharibənin iştirakçısı

KepezTV Player

Növbəti sujetimizin qəhrəmanı da qanı bahasına 30 ilə yaxın qanayan yaraları sağaldanlardandır. Şücayətlərilə işğala son qoyan və tarix yazanlar sırasında Göygöl rayonundan olanlar da az deyil. 2016-cı ilin aprel döyüşlərinin iştirakçısı olan İlkin Şəbəndəyevdən danışacağıq. Əməkdaşlarımız yaralı gəncin evində olub, özü və ailə üzvləri ilə həmsöhbət olublar.  

İlkin Rəhman oğlu Şəbəndəyev 1996-cı ildə Göygöl rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidməti dövründə Lələtəpə uğrunda gedən döyüşlərin iştirakçısı olub. Xidməti başa vurub doğma rayonuna qayıtsa da vətən sevgisi onu yenidən ordu sıralarına qaytarıb. Sentyabrın sonunda başlayan hərbi əməliyyatlarda  könüllü olaraq iştirak edən İlkin bir neçə yüksəklikliyin, eləcə də Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad edilməsində iştirak edib. Füzuli istiqamətində gedən döyüşlərdə də fəallığı ilə seçilən gənc oktyabrın 25-dən 26-nə keçən gecə düşmən atəşinə tuş gələrək ağır yaralanıb.

İlkin Şəbəndəyev Qarabağ qazisi: Mənim özüm əvvəl müharibədə olduğumdan heç bir qorxum yox idi. Öyrənmişdim bilirdim. Ona görə yenə getdim. Bu gündə bütün torpalqarı aldıq. Çox sevincliyəm. özüm yaralı olsam da heç bir ağrım yoxdur. Şükür salamatam.

İlkin Şəbəndəyevin ailəsi 1988-ci ildə Göyçə mahalından Göygöl rayonuna pənah gətirib. Atası Rəhman Şəbəndəyev Birinci Qarabağ Müharibəsində arxa cəbhənin fəallarından olub. İkinci Qarbağ Müharibəsində də könüllü kimi qələbə üçün çalışıb.

Rəhman Şəbəndəyev Qarabağ qazisinin atası: Mən özüm 17 il ermənilərlə bir kənddə yaşamışam. Ermənilərin bu 26-27 il ərzində özlərindən bu dərəcədə çıxmağı belə özlərindən razı olmağı çox pis təsir edirdi. Lazım olardısa özümdə balaca oğlumda bu torpaqlar uğrunda və onlara böyük bir dərs vermək uğrunda döyüşə getməyə hazırıydıq. Biz Azərbaycanlı kimi bu bizim borcumuzdur. Yenə Allahın bu gününə şükür. Yenə deyirəm sağ olsun ordumuz, sağ olsun Ali Baş Komandan. Yenə şəhidlərimizə rəhmət, qazilərimizə çan sağlığı.

İndi şəhidlərin ruhu şad, qazilərimizin yarası qərtməkləmiş haldadır. Çünki qanları yerdə qalmayıb, uğurunda candan keçməyə hazır olduqları torpaqlar düşmən taptağından qurtulub.

Natiq Hüseyn