• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1771
— 27.11.2020 11:49

Qızları 27 il sonra Allahverdi Bağırovun məzarı başında

KepezTV Player

O, həm “Qarabağ” futbol klubunun şərəfini qoruyub, həm də vətənin... Söhbət Azərbaycanın Milli Qəhrəmanı, şəhid Allahverdi Bağırovdan gedir. Qəhrəmanın hərbçi qızları atalarının işğaldan azad olunan Ağdamda yerləşən məzarını ziyarət ediblər. İzləyək.

Oğul var, evdən gedir, oğul var, eldən gedir. Azərbaycanın Milli Qəhrəmanı, şəhid Allahverdi Bağırov da eldən gedən oğullardandı. 1946-cı ildə Ağdamda anadan olan Bağırovun Qarabağ müharibəsi başlayanda göstərdiyi mərdlik, qoçaqlıq haqqında bu gün də danışılır. Müharibə başlayanda ilk yaradılan batalyonlardan birinə, Vətən oğulları batalyonuna, Allahverdi Bağırov rəhbərlik edib. O, Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub.Erməni polkovnik Vitali Balasyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas edib.1992-ci il 12 iyunda Allahverdi Bağırovun olduğu maşın Naxçıvanikdən geri qayıdarkən minaya düşüb və o, sürücü ilə birlikdə şəhid olub.Allahverdi Bağırov Ağdamın Şəhidlər Xiyabanında dəfn edilib. Məzarının üzərinə beton tökülsə də, ona baş daşı qoyulmamışdı. Baş daşısız bu məzar illərlə Ağdamın həqiqi sahiblərinin yolunu gözlədi. Və haqq nəhayət ki, qalib gəldi. Azərbaycan Ordusunun şücəti nəticəsində işğal altında olan torpaqlarımız geri qayıtdı. Şəhidin Dövlət Sərhəd Xidmətinin zabitləri olan qızları Ağdamda atalarının məzarını ziyarət edib.

II Qarabağ müharibəsi bir daha bizə göstərdi ki, haqqın, ədalətin yolu çox vaxt daşlı-kəsəkli olur, amma bu yol işıqlı gəlcəyə aparır, bu yol zəfərdən keçir. Ruhunuz şad olsun, torpaq uğrunda canından keçib torpaqda uyuyan igidlər!