• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1250
— 27.11.2020 11:59

Bölgədəki mövcud vəziyyət müzakirə edilib

KepezTV Player

Xarici işlər naziri Ceyhun Bayramovun İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq Naziri Luici Di Maio ilə telefon danışığı baş tutub. Nazirlər bölgədə mövcud son vəziyyəti müzakirə edib, o cümlədən tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar imzalanmış üçtərəfli bəyanatın icrası və bəyanatdan irəli gələn bir sıra məsələlərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar. Bəyanatın bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından əhəmiyyəti qeyd olunub.