• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2133
— 27.11.2020 09:22

Paris qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır - XİN

KepezTV Player

Rəsmi Paris qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Noyabrın 25-i Senat Fransa hakimiyyətini qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımağa çağıran qətnamə layihəsi qəbul edib. Səsvermədən əvvəl debatlar zamanı Xarici İşlər Nazirliyi yanında Dövlət Katibi Jan-Baptist Lemuan Fransa hökumətinin bu mövzuda mövqeyini xatırladıb - Fransa qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır".***Xatırladaq ki, ötən gün Fransanın Azərbaycandakı Səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb. Görüşdə Fransa Senatı tərəfindən sözügedən qətnamənin qəbul edilməsi ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin etiraz notası Səfirə təqdim edilib.***Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında vurğulanır ki, "Fransa Senatının qərəzli qətnamələr qəbul etmək əvəzinə bölgədə sülh, sabitlik və tərəqqiyə xidmət edən fəaliyyətlə məşğul olması həm Fransanın maraqlarına cavab verər, həm də bölgənin dayanıqlı inkişafına yardımçı olardı.