• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1322
— 26.11.2020 20:43

Simptomsuz təmaslılardan test götürülməsinə məhdudiyyət qoyulub

KepezTV Player

Azərbaycanda koronavirus testlərinin bitməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.TƏBİB-dən verilən məlumata görə, ölkədə koronavirusun diaqnozu üçün kifayət qədər test ehtiyatı mövcuddur: “Sadəcə olaraq, gün ərzində götürülən testlərin sayı çox olduğundan bu, laboratoriyaların iş həcminə təsir göstərir. Nəticədə, təbii olaraq testin nəticələri bir qədər gecikmiş olur. Bu problemin aradan qaldırılması məqsədilə simptomsuz təmaslılardan testlərin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb".Hazırda ölkədə 37 laboratoriya var. Gündəlik 10 min testin aparılması nəzərdə tutulsa da, müraciətlərin sayı çox olduğundan gün ərzində laboratoriyalara daxil olan test nümunələri 2 dəfə artıb”.