• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 697
— 26.11.2020 20:38

Ermənistanın vurduğu ziyan hesablanır

KepezTV Player

Gəncədə erməni terroru nəticəsində 2 mindən çox evə, qeyri yaşayış binalarına ziyan dəyib. Hazırda işçi qrupu şəhərə dəyən ziyanın araşdırılması ilə məşğuldur. Artıq 1300-ə yaxın mülki ev və obyekt siyahıya alınıb.

9 nəfərlik işçi qrupu Gəncədə dağılan evlərin siyahıya alınmasını aparır. Noyabırın 12-dən başlayan proses zərərçəkənlərin iştirakı ilə həyata keçirilir. İşçi qrup evlər, mənzillər, sosial infrasturuktur obyektlərindəki vəziyyəti qiymətləndirməklə müvafiq aktlar tərtib edirlər.

Çingiz Bağırov sakin: İndi gəliblər sağ olsunlar, hər bir şeyə bir-bir baxırlar. Dəyən ziyanda bu otaq qəza vəziyyətindədir. O biri otaqların da tavanı tamami ilə çatdayıb. Həyətin də bu dəmiri qırılıbdı. Sağ olsunlar hamısını yazırlar.

Həsən Ələkbərov sakin: Qardaşımın övladı başından xəsarət almışdı. Evimiz tamami ilə yararsız haldadır. Gəliblər indi yazıblar. Bundan bizə heç nə olası deyil. Əsas bizə Qarabağ lazım idi. Ona da istədiyimizə nail olduq. Özüm birinci Qarabağ müharibəsi iştitakçısıyam. Övladım da ikinci Qarabağ iştirakçısıdır, hazırda oradadır. Bunlar boş şeylərdir. Allah prezidentimizin canına sağlıq versin, düzəldəcəkdir.

Aparılan qiymətləndirmə zamanı 100 evin tamamilə dağıldığı məlub olub. Bunun 75-i mənzil, 25-i isə fərdi evdir.

Oktyabırın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən Gəncəyə atılan raketlərdən biri o əraziyə düşüb. Raketin düşməsi nəticəsində ərazidə olan evlərdən 7-i tamami ilə dağılıb.

Allahverdi Ağayev sakin: Oktyabırın 17-i  gecə saat 1-ə qalmış raket düşdü. Raket düşəndə evimiz tamami ilə dağıldı. Evdə qaradşım və 5 ailə üzvü bir də atam idi. Atam rəhmətə getdi. Əsas vətəndi, vətən sağ olsun. Əsgərlərimiz sağ olsun torpaqlarımızı aldılar. Evi də sağ olsun dövlətimiz tikib verəcək.

İşçi qrupu qiymətləndirmə apararkən bəzi çətinliklərlə də rastlaşır. Bunun da aradan qaldırılması üçün müvafiq işlər həyata keçilir.

Ədalət Əliyev işçi qrupunun rəhbəri: Obyektiv səbəbə görə ev təsirə məruz qalıb. Pəncərələrin şüşələri yoxdur. Evlərin sahibləri soyuq havada evdə deyillər başqa yerlərə gediblər. Ev sahiblərini tapmaq bir az vaxt aparır. Biz binaların demək olar ki, hamısını bitirmişik amma 300-ə yaxın mənzilin sahibi yoxdu. Mənzil İstismar İdarləri və yerli icra hakimiyyətinin nümayəndələrinin köməkliyi ilə bu ev sahibləri axtarılır.

İşçi qrupunun qiymətləndirilməsi yekunlaşdıqdan sonra yaradılan xüsusi komissiyaya təqdim olunacaq.

Ədalət Əliyev işçi qrupunun rəhbəri: Gəlinmiş nəticəyə uyğun olaraq müvafiq tədbirlər görüləcək. O cümlədən orada təmir də var, bərpa da var. Getdik baxdıq əsasən pəncərə şüşələridir, çərçivələrdir, qapılar zərər görüb. Hanıs ki, bunlar dəyişdirilərək əvvəlki vəziyyətinə qaytarıla biləcək. Xüsusi ilə həyət evlərində və zərbənin gücündən dağılan çox mərtəbəli binalarda tam dağıntı olub orada yəqin qəbul edilən qərarlara uyğun olaraq evlər mənzillər inşa ediləcəkdir.

Paralel olaraq dövlət əmlakları, qeyri-yaşayış obyektləri ilə yanaşı avtomobillərin də siyahıya alınaraq qiymətləndirilməsi aparılır. Gəncədə erməni terroru nəticəsində 10 avtomobilin yararsız hala düşdüyü məlum olub. Hazırda qiymətləndirmə işləri davam edir.

Elnur Vahidoğlu