• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 698
— 26.11.2020 20:44

Şəhidlik zirvəsinə ucalıb

KepezTV Player

Murovdağda, Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vüsal Nağıyev. Döyüşlərdə tarix yazan şəhidlərimizdən daha biri. Hansı ki, uğurunda can verdiyi torpaq artıq düşmən taptağı altında deyil. Goranboydan qardaşı ilə birlikdə döyüş meydanına atılan Vüsal Nağıyev barədədir sujetimiz.

Müzəffər Azərbaycan ordusu hər bir uğurlu əməliyyatından sonra sevincini belə bölüşüb. Qazanılan qələbələrdə şəhid  Vüsal Nağıyevin də payı olub. Hərbi xidmətdən sonra müddətdən artıq hərbi quluqçu kimi ordu sıralarında xadimət edən Vüsal rabitəçi olub. Ancaq döyüşlər başlayan andan ön cəbhəyə yollanıb. Əvvəlcə Suqovuşan, daha sonra Kəlbəcər istiqamətində gedən döyüşlərə qatılıb.

Əmiraslan Nağıyev şəhidin atası: Elə tutduğu mövqeydədə getdi. 20 ildən çoxdur uşaq vaxtından çalışırdı deyirdi bu ermənilər kimdi biz onların qarşısında başı aşağı gəzək. Bizim torpaqlar işğaldan azad olunmalıdır. Elə hərbiçi olandan sonra da nə vaxt evdə oturub söhbət etmişik həmişə Allahdan arzulayırdı ay Allah bu müharibə başlasın torpaqlarımızı azad edək.

Şəhidin ailəsi ilə son telefon danışığı elə ölüm gününə təsadüf edib. Bir neçə yüksəklikyin ələ keçirilməsinin sevincini ailəsi ilə bölüşən Vüsal tezliklə qazanılacaq qələbənin vədini verir. Sevinci yaşaya bilmədiyi qələbənin. Uğurunda döyüşdüyü Suqovuşan da, Kəlbəcər də, işğal altındakı torpaqlar da artıq düşməndə deyil. Hərb meydanında qazanılan bu zəfərdə düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edərək şəhid olan Vüsal Nağıyevin də xidmətləri var.  

Tunzalə Nağıyeva şəhidin həyat yoldaşı: Yoldaşları öldükçə deyirdi o yoldaşım öldü bəs mən niyə ölməyim. Həmişə vətən deyirdi. Deyirdi ya Qarabağ ya ölüm.

Vüsal Nağıyevin atası Birinci Qarabağ Müharibəsinin iştirakçısı olub. Haızrda böyük qardaşı Tural Nağıyev də Kəlbəcərdə xidmətdədir. Anası Cəmilə Nağıyeva da övaldının şəhidlik zirvəsinə ucalması ilə qürür duyur. Yeganə təsəlləisi isə oğlunun uğrunda döyüşdüyü Kəlbəcərin işğaldan azad edilməsidir.

Cəmilə Nağıyeva şəhidin anası: Ondan qabaq da demişdi Murovdayam. Dedim ay bala sən Ağcakənddə olmalısan Murovda nə gəzirsən. Dedi yox mən Murova gedirəm. Dedim bəs orada qar yağıb soyuqdur. Bir azda mənə acığı tutdu. Dedi nə var orada niyə soyuqdur.

Şəhidimizdən geriyə qalan xatirələri, bir də iki oğul övaldıdır. Yaxınları Əmiraslan və Əmirxanın da gələcəkdə atalarının yolunu davam etdirərək hərbiçi olmalarının arzusundadırlar. Şəhidliyinədək medal və ordellərlə təltif edilməsi onun vətənə layiqli xidmətinin bariz göstəricisidir.

Yusif Aslanov şəhidin qonşusu: O döyüşə gedən vaxtları mən onunla oturub söhbət etdim. Dedim Vüsal döyüşdü müharibədi bir az ehtiyyatlı ol. Dedi ay əmi nətəri ehtiyyatlı olum. Mən gözümün açandan inidyədək ermənilər bizim torpaqdadır. Biz o torpaqları almalıyıq ki bizim gələcək balalarımız deməsin Ermənilər niyə bizim torpaqdadır. Onun bir uşağı birdə biri isə ikidə oxuyur.

Vüsal və onun kimi tarix yazaraq haqq dünyasına qovuşanlar rahat uyuya bilərlər. Qanları, canları bahasına Azərbaycanın ərazi bütövlüyü bərpa edilib.   

Natiq Hüseyn