• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1779
— 26.11.2020 16:48

Qərb derbisində qonaqlar qalib gəldilər

KepezTV Player

Futbol üzrə Azərbaycan I Divizionunda 7-ci turun oyunları keçirilib. Tur qərb derbisi ilə yadda qalıb.

Gəncə şəhər stadionunda “Kəpəz” – “Turan Tovuz”u qəbul edib. Maraqlı və gərgin  mübarizə şəraitində keçən görüş bol qollu alınıb. İlk yarıda qonaqlar iki qol fürsəti yaxalamaqla şanslardan maksimum şəkildə yararlanıblar. Hissənin sonlarına doğru Vidadi Cəfərov hesabı açıb, Nurlan Şabanov fərqi artırıb. Fasilədən sonra özünə gələn meydan sahibləri təşəbbüsü ələ alıb və tezliklə hesabı bərabərləşdirməyə nail olub. Əvvəlcə Nodar Məmmədov kobud oyuna görə təyin olunan penaltini qol çevirib. Bir qədər sonra Novruz Məmmədov qol vurmaqla oyunda bərabərlik yaradıb. Amma “Kəpəz” oyunun sonlarında daha bir qol buraxmaqla məğlubiyyətə düçar olub. 11 metrlikdən cərimə zərbəsindən Vidadi Cəfərov komandasının qələbə qolunu vurub. Beləliklə, turun mərkəzi görüşündə “Turan Tovuz” 2:3 hesabı ilə qalib gəlib.