• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1897
— 26.11.2020 16:45

Ermənilər Laçını da evləri yandıraraq tərk edirlər

KepezTV Player

Laçın rayonunu tərk edən ermənilər eynilə Ağdam və Kəlbəcərdəki kimi məskunlaşdıqları evləri söküb yandırırlar. Kadrlardan göründüyü kimi, Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra yurdlarından didərgin salınmış azərbaycanlıların evlərinə məskunlaşmış ermənilər oranı tərk edərkən qapı və pəncərə çərçivələri daxil olmaqla mümkün ola biləcək hər şeyi götürməyə çalışırlar. Görüntülərdə ermənilərin çıxdıqları evlərə od vurmağı da öz əksini tapıb.Laçın rayonu 1992-ci ildə işğal olunub, dekabrın 1-də isə Azərbaycana geri qaytarılacaq.