• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 686
— 26.11.2020 16:46

Ana əsir oğlunun yolunu gözləyir

KepezTV Player

Əsir düşən hərbçilərimizin taleyi ilə bağlı onların ailəsi qədər hər birimiz narahatıq. Onlardan biri Amin Musayevin yəqin ki çoxları sosial şəbəkələrdə video görüntüsünü görüb. Aminin Şuşanın işğaldan azad olunmasına qədər döyüş yolu olub. Ağstafa şəhər sakini olan Aminin yolunu ailəsi və yaxınları, o cümlədən bütün Azərbaycan gözləyir.

Amin Musayev Vətən müharibəsi başlayanda könüllü olaraq döyüşlərə yollanıb. Ailənin tək övladı olan Amini dost tanışları, qohum-qonşuları vətənpərvər gənc kimi tanıyır. Sentyabrın 29-dan döyüş meydanına atılan  Amin işğal altında olan rayon və kəndlərimizin azad olunmasında iştirak edib. Şuşa ətrafında gedən döyüşlərdə yaralanaraq düşmən tərəfinə əsir düşüb. Xarici jurnalistlərin videosunda ona yardım göstəriləcəyi deyilsə də sonrakı kadrlarda bunun əksini ortaya qoyub. Ayağında yaralınan Aminin sonrakı taleyi isə hamını, o cümlədən ailəsini narahat edir.

Hicran Sadıqova Aminin anası:O həmişə deyirdi ki torpaqlarımızın 30 ildir ki işğal altında olmasından narahat idi. Ankoloji xəstə olduğuma görə mənə zəng eləmirdi demirdi heç nə. Müharibə bitən günü sevindim ondan sonra oğlumdan rəsmi cavab almamışam. Oğlumun görüntüləri var.

Ailə Aminə tezliklə qovuşacağına inanır. Müharibənin bitdiyini, torpaqların işğaldan azad edildiyini və bundan irəli gələrək də əsirlikdəki hərbçilərin də  öz ata-analarının yanına qayıdacaqlarını düşünürlər. Dayısı deyir ki, Aminlə hər telefon danışığında əhval-ruhiyyənin yüksək olduğu və irəlilədikləri barədə xəbər alıb.

Sənan Sadıqov Aminin dayısı: Gedən bir gündən mənimlə əlaqə saxlayırdı. Anasına demədiyi fikirləri mənimlə danışıb deyirdi. Şuşada olduğu döyüşlərdən də xəbərim var idi.

Amin Musayevin ailəsi Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edib və aidiyyatı qurumlardan məlumat gözləyir.