KepezTV Player
Fransanın Orn departamentindən senator, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Natali Qule növbəti dəfə Azərbaycana dəstək nümayiş etdirib. O, özünün tvitterdəki hesabında Dağlıq Qarabağla bağlı paylaşım edərək, "Mən Dağlıq Qarabağı artıq ürəyimlə deyil, öz gözlərimlə görəcəm" deyə yazıb. O, paylaşımına Azərbaycan və Fransanın bayraqlarının şəkillərini də əlavə edib. Natali Qule dəfələrlə Ermənistanın təcavüzkar dövlət olduğunu, işğalçılıq siyasəti yürütdüyünü bildirib.
- Baxış: 143