KepezTV Player
“Azərcosmos” bu gün azad edilən Kəlbəcər rayonunun peyk görüntülərini yayıb. Rayonun işğaldan azad olunduqdan sonrakı təsvirləri “Azersky” peyki ilə çəkilib. İşğal dövrü ərzində Kəlbəcər rayonunda xeyli sayda tarixi-mədəniyyət abidəsi, muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni vandalları tərəfindən xarabalığa çevrilib. Qafqaz Albaniyası memarlığının nümunəsi olan “Xudavəng” və “Gəncəsar” monastır kompleksləri ermənilərin təcavüzünə məruz qalıb.
- Baxış: 161