• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 736
— 25.11.2020 09:19

Azərbaycanlı və erməni əhaliyə humanitar yardım göstərilməsi müzakirə olunub

KepezTV Player

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Telefon danışığı zamanı Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin 10 noyabr tarixli birgə Bəyanatının bəndlərinin yerinə yetirilməsi ilə bağlı məsələlər müzakirə edilib, davamlı atəşkəs rejimindən, Rusiya sülhməramlı missiyasının rəhbərliyi ilə Azərbaycanın müvafiq strukturlarının rəhbərliyi arasında sıx əlaqələrin yaradılmasından məmnunluq ifadə olunub. Dövlət başçıları, həmçinin azərbaycanlı və erməni əhaliyə humanitar yardım göstərilməsi məsələlərini, həmçinin nəqliyyat infrastrukturunun inşası və nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə ediblər.