• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 744
— 24.11.2020 20:42

Qış mövsümünə hazırlıqlar gedir

KepezTV Player

Qış mövsümündə Gəncədəki çoxmərtəbəli yaşayış binalarının tüstübacalarının problem yaşatmaması üçün qabaqlayıcı tədbirlərə başlanılıb. Eləcə də kommunal xidmət tərəfindən yolların qar və buzdan təmizlənməsi üçün də ehtiyat yaradılıb, texnikalar saz vəziyyətə gətirilib.

Texnikalar yollara çıxmağa hazırdır

Gəncə şəhər Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyində tüstübacaların təmizlənməsi üçün yaradılan birqada şəhərin Yeni Gəncə yaşayış massivində   bina 17-də işləyir. Hazırda sakinin müraciəti əsasında burada tüstübaca təmizlənir.

Zəhra Quliyeva sakin: Həm qazın iyi var idi həm də yanmırdı. Yandıranda da tez-tez sönürdü. Tüstü baca işləmədiyinə görə çəkmirdi.

Gəncədəki Mənzil İstismar Sahələrinin əməkdaşlarından təşkil edilən briqadalar tərəfindən ardıcıl olaraq tüstübacaların təmizlənməsi aparılır.

Faiq Cabbarov MİS-in əməkdaşı: Bizim işimiz ancaq tüstü bacanın təmizlənməsidir. Sakinlərin müraciəti əsasında gəlirik və işimizin də öhdəsindən gəlirik. Mənə elə gəlir ki, sakinlərin də narazılığı yoxdur.

Şəhərdəki 865 çoxmərtəbəli yaşayış binasından 91-i 9 mərtəbəli, 354-ü 5 mərtəbəli, qalanı isə 2-3 mərtəbəlidir. Artıq 200-ə yaxın binada tüstübacalar təmizlənib.

Elşad Əsgərov MKTİB-nin rəis müavini: Onlar Mənzil İstismar Sahələrinə müraciət edirlər. Əgər özləri bacarsa özləri, bacarmasa isə bizim ayrıca tüsüt bacaların təmizlənməsi üçün 8 nəfərlik mabil qruppamız var.

Gəncədə qarlı-buzlu havalar üçün də tədarük görülür. 20-ə yaxın ağır texnika artıq yollara çıxmağa hazırdır.

Ruflan Musayev MKTİB-nin avtomobil parkının müdiri: Mütəxəsislərimiz mütamadi olaraq texnikalara baxış keçirir, sazlığı yoxlanılır. Eyni zamanda yanacağımızda lazımı qədərdi ki, qışda problem olmasın. Şəhərimizdə fövqəlada vəziyyət yaranarsa bizim maşın və mexanizmlərimiz tama hazır olacaq.

Faxrəddin Bayramov sürücü: Bütün texnikalarımız saz vəziyyətdədir. Allah eləsin çətinlik olmasın. Olsa da onun qarşısını almağa gücüm və texnikamız var.

Piyada və avtomobillərin yollarda sürüçməməsi üçün 20 tona yaxın qum və duz ehtiyatı da tədarük edilib.

Elnur Vahidoğlu