Azərbaycan Dağ Yəhudiləri Dini İcması işğaldan azad olunmuş torpaqlarımızda ermənilərin törətdikləri vandallıq və ekoloji terror aktları ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət edib.Azərbaycanın Kəlbəcər, Cəbrayıl, Zəngilan, Qubadlı və digər ərazilərində ermənilərin törətdikləri ekoloji terrorun hiddətlə pislənildiyi məktubda qeyd edilib ki, Şuşa şəhərinin ətrafındakı Topxana meşəsinin qadağan olunmuş ağ fosforun tətbiq olunması ilə yandırılması, eləcə də ağacları kəsib, meşələri yandırmaqla Kəlbəcərin ətraf mühitinə qəsdən ziyan vurulması çiddi ekoloji cinayətlərdir. Beynəlxalq təşkilatlar ekoloji terrorizmi öz təcavüzünün aləti kimi istifadə edən Ermənistanın təxribatlarına, o cümlədən dünya ictimaiyyətini aldatmağa yönəlmiş dezinformasiyalarına uymamağa, ədalətli mübarizəsində Azərbaycan xalqının və dövlətinin tərəfində olmağa, bu cinayətlərin qarşısını almaq və Ermənistanı dayandırmaq üçün səyləri birləşdirməyə çağırılıb.
- Baxış: 137