• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2384
— 24.11.2020 20:33

Uğurun əsası hərtərəfli planlı iş və Prezidentin qətiyyətli mövqeyidir

KepezTV Player

Azərbaycan iqtisadi və siyasi müstəqilliyini təmin edib

Ordu quruculuğu siyasətin ana xətti olub

"Qarabağ kartı" ilə hakimiyyətə gələnlər rəzil oldular

Azərbaycan multikultural dövlət kimi dini-tarixi abidələrin qorunmasına böyük önəm verib

Azərbaycan diplomatik sahədə böyük işlər görüb, münaqişənin həlli ilə bağlı hüquqi baza formalaşdırılıb, tarixi həqiqətlər və real vəziyyət dünya ictimaiyyətinə çatdırılıb. Azərbaycan Prezidentinin səyləri nəticəsində ölkəmiz Ermənistanın və havadrlarının yaratdığı mifləri dağıdaraq, informasiya müharibəsində də üstünlük əldə etməyi bacardı. Son 17 ildə Azərbaycan diplomatiyasının səyləri nəticəsində münaqişənin həlli ilə bağlı müvafiq hüquqi baza yaradıldı. Bu konteksdə millət vəkili Sevil Mikayılova ilə danışacayıq.

Salam Sevil xanım axşamınız xeyir olsun.

1. 30 il az vaxt deyil. Çox gözlədik və şükürlər olsun ki, bu gün qalib ölkəyik. Bu müddət ərzində gözləməyimizin də səbəbi bir idi. Sülh yolu ilə torpaqlarımızı geri qaytarmaq. Lakin qarşı tərəf sülhdən də, torpaqlarımızdan çıxmaqdan da boyun qaçırdı. Sonda elə oldu ki, həm hərb meydanında qələbə qazandıq, həm də əslində diplomatik sahədə. İstərdik ki, Azərbaycan prezidentinin diplomatik qələbəsindən, beynəlxalq ictimai rəyin, hüquqi bazanın formalaşdırılmasından danışasınız.

2. Azərbaycan ötən müddət ərzində iqtisadiyyatın şaxələndirilməsi və güclü iqtisadi potensialın yaradılmasına da nail oldu. Güclü maliyyə potensialı formalaşdırdı və qısa müddətdə xarici maliyyədən asılı ola ölkədən donor ölkəyə çevrildi. Yəni deyə bilərikmi iqtisadi və siyasi müstəqilliyimizi təmin etdik ?!

3. Cənab İlham Əliyevin prezidentliyi dövründə hərbi xərclər hər il büdcə xərcləri arasında birinci yerdə dayandı. Azərbaycanın hərbi xərcləri Ermənistanın dövlət büdcəsini üstələdi. Güclü və müasir ordu quruculuğu siyasətimizin əsas xətti oldumu?

4. Hərbi əməliyyatların starteji və taktiki planlaşdırılmasında Azərbaycan dünyaya yeni model təqdim etdi. İkinci Qarabağ müharibəsində aparılmış uğurlu hərbi əməliyyatlar strateji və taktiki baxımdan da tarixə düşdü. Uğurlu hərbi əməliyyatlar sayəsində torpaqların böyük hissəsi düşməndən azad olundu və Ermənistan kapituliyasiyaya məcbur edildi. Azərbaycan Ordusu cinayətkar Koçaryan-Sarkisyan ordusunu məhv etdi.

5. Azərbaycan bütün dünyada tolerantlıq, multikulturalizm, milli mədəni irsə hörmət nümunəsidir. Düşmən ölkə haqqında isə söylənilənlərin tamamilə əksini deyə bilərik .Bu gün işğaldan azad olunan torpaqların mənzərəsi erməni vandallar tərəfindən bütün dini və mədəniyyət abidələrimizin dağıdıldığını aydın görməyə imkan verir. Bəs beynəlxalq təşkilatlar niyə görməzdən gəlirlər ?!