• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1952
— 24.11.2020 20:36

Ağdamı bərpa edəcəyik, heç kimdə şübhə olmasın

KepezTV Player

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə ötən gün işğaldan azad edilən Ağdam şəhərində olublar. Dövlət başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırıb. Daha sonra İlham Əliyev və birinci xanım Ağdam məscidini ziyarət ediblər. Ali Baş Komandan Ağdam məscidinin qarşısında çıxış edib.

"Ağdam əməliyyatı planlaşdırılırdı"

"Müharibənin bütün sirlərini açmaq hələ ki, tezdir. Vaxt gələcək çox maraqlı məsələlər üzə çıxacaq" deyən Prezident İlham Əliyev vurğulayıb ki, biz Ağdamı onsuz da alacaqdıq. Amma böyük sayda itkilər olacaqdı. Ona görə Şuşanı və noyabrın 9-da 70-dən çox kəndimizi azad edəndən sonra düşmənin beli qırıldı, təslim oldu, ağ bayraq qaldırdı, Azərbaycan Prezidentinin şərtlərinə əməl etdi və öz məğlubiyyətini etiraf etdi.

Əsgər və zabitlərimiz aslan kimi vuruşdular

Qələbəni şərtləndirən amillərdən biri olan iqtisadi gücə diqqət çəkən dövlət başçısı qeyd edib ki, bu gün biz iqtisadi cəhətdən heç kimdən asılı deyilik. Bizə təzyiqlər edilsə də, onların heç bir səmərəsi olmadı. Çünki bizə qarşı iqtisadi amildən istifadə etmək mənasızdır.

Koçaryan, Sarkisyan qabağımızda diz çökdü

“Paşinyan mənim sözümə qulaq assaydı, indi belə rəzil durumda olmazdı. Düşmən hesab edirdi ki, ona kimsə kömək edəcək, havadarları gəlib onun yerinə bizimlə vuruşacaq” deyən Prezident İlham Əliyev qeyd edib ki, biz bütün bu illər ərzində bir amalla, bir arzu ilə yaşamışıq ki, bu torpaqlara qayıdaq və qayıtmışıq.

"Buraya gələ bilməmək nə qədər ağrılı idi"

Məkkədən gətirdiyi “Qurani-Kərim”I Ağdam məscidinə bağışlayan Prezident İlham Əliyev 4 dəfə Məkkə ziyarətində olduğunu xatırladıb və dualarının qəbul edildiyinə görə xoşbəxt olduğunu bilirib.

"İşimizə burunlarını soxmasınlar"

44 gün ərzində Azərbaycana xüsusilə Türkiyənin, eləcə də bir neçə digər müsəlman və qeyri-müsəlman ölkələrin rəhbərlərinin siyasi və mənəvi dəstəyinə diqqət çəkən İlham Əliyev bizə maneçilik törədənlər barədə isə vaxtı çatandan ətraflı danışacağını bildirib.

Ağdamdan qayıdarkən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dağıdılmış şəhəri avtomobildən seyr ediblər.