• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1224
— 24.11.2020 16:05

Kubokun püşkü atılıb

KepezTV Player

Futbol üzrə Azərbaycan Kubokunda 2020/2021 mövsümünün püşkü atılıb.Bu mövsüm yarışa Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçilərindən “Kəpəz”, “Turan Tovuz”, “Zaqatala” və “Qaradağ Lökbatan” qatılıb.Püşkə əsasən 1/8 finaldan başlayacaq kubok mübarizəsində “Sabah” - “Kəpəz”, “Turan Tovuz” - “Qəbələ”,“Səbail” - “Zaqatala” və“Qaradağ Lökbatan” - “Zirə” cütləri formalaşıb.Reqlamentə əsasən, ötən mövsüm Premyer Liqanı ilk 4 pillədə başa vuran "Qarabağ", "Neftçi", "Keşlə" və "Sumqayıt" komandaları mübarizəyə 1/4 final mərhələsindən başlayacaqlar.Kubok oyunlarına dekabrın 24-də start veriləcək. Həmin gün bir oyunluq sistemlə 1/8 final oyunları keçiriləcək.Ötən mövsüm koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırıldığından, kubokun qalibi müəyyənləşdirilməyib.