• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1808
— 24.11.2020 16:38

"Sülh və sabitlikdən hər kəsin faydalanmasını istəyirik"

KepezTV Player

ATƏT-in Minsk Qrupunun 30 ildir davam edən ətaləti qarşısında Türkiyə Azərbaycanın haqlı mübarizəsini beynəlxalq planda ləyaqətlə müdafiə etmək üçün proseslərə qoşulub. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu parlamentdə büdcə müzakirələri zamanı çıxışında deyib.Nazir vurğulayıb ki, Türkiyə Azərbaycanın tələbi əsasında atəşkəsin və anlaşmanın icra olunmasına nəzarət etmək məqsədilə meydanda olacaq. "Anlaşmanın orta və uzun müddətdə bütün bölgənin və bu çərçivədə Ermənistanın da xeyrinə olacağına inanırıq. Sülh və sabitlikdən hər kəsin faydalanmasını istəyirik", - deyə Çavuşoğlu əlavə edib.