• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1492
— 24.11.2020 16:55

Sahibkarlıq subyektlərinə dəymiş zərər dəqiqləşdirilir

KepezTV Player

Ermənistanın hərbi təxribatı ilə bağlı sahibkarlıq subyektlərinə dəymiş ziyanın dəqiqləşdirilməsi davam edir. Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib. Agentliyə Ermənistanın hərbi təxribatı nəticəsində heyvandarlıq, əkinçilik, ticarət, ictimai iaşə və istehsal sahələrində fəaliyyət göstərən 300-dən atıq sahibkarlıq subyektinə ziyanın dəyməsi barədə məlumatlar daxil olub. Müraciətlər əsasən Gəncə və Naftalan şəhərlərini, Ağdam, Füzuli, Tərtər, Beyləqan, Bərdə, Cəbrayıl və Ağcabədi rayonlarını əhatə edib. Ermənistanın hərbi təxribatı ilə bağlı sahibkarlıq subyektlərinə dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədilə müvafiq məlumatların toplanılması və emalı, dəymiş zərərin yerində dəqiqləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.