• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2020
— 24.11.2020 16:08

İtkin düşən hərbçilərin valideynləri nicatı Rusiyada görür

Ermənistanın Baş Naziri Nikol Paşinyanla görüşdə nəticə hasil edə bilməyən itkin hərbçilərin valideynləri indi də Rusiyanın Ermənistandakı səfirliyi önündə mitinq edilər. Səfirliyə göndərilən vəsatət məktubunda  Rusiyanı hərbi qulluqçuların tapılması istiqamətində daha aktiv addımlar atmağa çağırış yer alır. Eləcə də Rusiya Prezidenti Vladimir Putindən itkin düşənlərin axtarışı ilə bağlı əməliyyat tədbirləri baxımından Azərbaycan hökumətinə təsir etməsini istəyirlər. Aksiya iştirakçıları Beynəlxalq Qırmızı Xaç Komitəsinə, Ermənistan Müdafiə Nazirliyinə və hökumətə müraciət etsələr də heç bir nəticə görmədiklərinə diqqət çəkiblər. Nikol Paşinyanla görüşün onları qane etmədiyini, 40-45 dəqiqəlik söhbətdən sonra baş nazir vacib görüşə tələsdiyini deyərək görüşü tərk etdiyini bildiriblər.