• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1074
— 24.11.2020 16:22

Şuşa yolunun tikintisi davam edir

KepezTV Player

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi layihəsinin icrası davam edir.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, tikinti layihəsinin uzunluğu 101.5 km, yolun ümumi eni isə 37.7 m təşkil edəcək. Hazırda layihə boyu torpaq işləri görülür. Xüsusi texnikalardan istifadə olunmaqla yol genişləndirilir və profilə salınır, həmçinin yeni yol yatağı inşa edilir. Əraziyə lazımi sayda qüvvə cəlb edilib. İşlərin qısa müddətdə yekunlaşdırılması üçün layihə bir neçə hissəyə bölünəcək. Bununla əlaqədar tikinti işlərinə çətin relyefə malik ərazilərdə avtomobil yollarının inşası ilə bağlı təcrübəyə malik yerli və xarici şirkətlər cəlb olunur.