• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2142
— 24.11.2020 12:05

Mağazadan 3 min manatlıq oğurluq olub

KepezTV Player

Göygöldə oğurluq faktının üstü açılıb. Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mağazaların birindən 3000 manat dəyərində tütün məmulatı, spirtli və energetik içkilər oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Vüqar Bağırov ilə əvvəllər məhkum olunmuş Zaur Heydərzadə və Orxan Süleymanov saxlanılıblar.