• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 873
— 24.11.2020 12:23

AYİB Gəncəyə 10 mln. avro kredit ayırıb

KepezTV Player

Avropa Yenidənqurma və İnkişaf Bankı Gəncə şəhərində bərk tullantıların toplanması infrastrukturunun modernləşdirilməsi məqsədilə Azərbaycan hökumətinə 10 mln. avro məbləğində kredit ayırıb. Əməliyyat və maliyyə səmərəliliyinin yaxşılaşdırılmasının da daxil olduğu layihəni Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi icra edəcək. Layihənin əsas məqsədi – Gəncə şəhərində tullantıların toplanması xidmətinin ətraf mühit, sağlamlıq və təhlükəsizlik standartları baxımından yaxşılaşdırılmasıdır. Hazırda layihə konsepsiya yoxlamasından keçib və yekun yoxlamanı gözləyir. AYİB bu günə qədər Azərbaycana 172 layihə üzrə 3,4 mlrd. avroya yaxın maliyyə vəsaiti ayırıb.